21/05/2013 05:19

BMT Azərbaycana silah satan Koreya şirkətinə sanksiya tətbiq edir

BMT Azərbaycana silah satışına görə Şimali Koreyanın Hesong şirkətinə qarşı sərt sanksiya tətbiq etmək niyyətindədir. Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

BMT-nin məruzəsində qeyd olunub ki, Hesong şirkəti Azərbaycana 70 ədəd portativ zenit-raket kompleksi satıb. Raketlərin markası barədə heç bir məlumat verilməyib.

2012-ci ildə raketlərin satışında dilerlik etmiş Böyük Britaniyalı Maykl Rendjer (Michael Ranger) barədə cinayət işi qaldırılıb.