27/10/2012 16:59

Boeing Apache helikopterini müasirləşdirib

Boeing şirkəti AH-64D Apache Block III zərbə helikopterinin adını AH-64E olaraq dəyişdirib. “AzeriDefence”nin billdirdiyinə görə, bu barədə “Flightglobal” saytı məlumat yayıb.

AH-64D Apache Block III modelində adın dəyişdirilməsi ilə yanaşı bir çox yeniliklər edilib. Helikopterin vintləri kompozitdən hazırlanıb və onların profili dəyişdirilib. Mühərriklər və transmissiya əhəmiyyətli dərəcədə müasirləşdirilib. Helikopterin çəkisi azaldılıb, avionikası əhəmiyyətli dərəcədə yaxşılaşdırılıb.