09/01/2017 16:19

“Boeing” pilotsuz uçuş aparatı ilə toqquşub

Mozambik LAM Hava Yollarına (Linhas Aereas de Moçambique) məxsus sərnişin təyyarəsi pilotsuz uçuş aparatı (PUA) ilə toqquşub.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Mozambikin paytaxtı Maputodan 80 sərnişin və 6 ekipaj ilə uçuş edən “Boeing” B737-700 tipli təyyarə Tete şəhərinin “Chingozi” Hava Limanına enişi zamanı naməlum obyektlə toqquşub.

Lakin təyyarə problemsiz bir şəkildə eniş həyata keçirib.

Eniş sonrası təyyarəyə baxış zamanı burun hissəsində yarıqlar meydana gəldiyi məlum olub. Təyyarənin pilotsuz uçuş aparatı ilə qəzaya düşdüyü bildirilir.