18/10/2017 15:53

“Boeing” şirkəti Səudiyyə Ərəbistanın AWACS təyyarələrini modernləşdirəcək

“Boeing” şirkəti ilə Səudiyyə Ərəbistanı arasında 240 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Müqavilə çərçivəsində “Boeing” şirkəti Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus Havadan Xəbərdarlıq və Nəzarət (AWACS) təyyarələrini modernizə edəcək.

Modernləşdirmə nəticəsində Səudiyyə Ərəbistanın AWACS təyyarələri xəbər mərkəzi, seyr və rabitə sistemləri ilə yanaşı yeni nəsil təsbit, diaqnostika və dost-düşmən tanıma sistemləri ilə təchiz olunacaq.

Modernizə işlərinin 2019 cu il fevralın 28-nə qədər tamamlanması planlaşdırılıb.