30/09/2015 08:59

“Boinq”dən yenilik: Təyyarələri havada yanacaqla təmin edəcək KC-46A – VİDEO

“Boinq” şirkəti ilk dəfə olaraq havada analoqlarını yanacaqla təmin edəcək təyyarə istehsal edib.

“AzeriDefence”nin yerli mediaya istinadən verdiyi məlumatına görə, KC-46A markalı təyyarənin ilk nümayişi – uçuşu sentyabrın 25-də həyata keçirilib.

Şirkətdən bildirilib ki, KC-46A ABŞ Hərbi Hava Qüvvələri ilə birgə yaradılıb. Bu təyyarə “Boinq 767-2C”nin bazasında formalaşdırılıb.

Daha modern texnologiya ilə təchiz edilən KC-46A 35 min fut (10670 m) hündürlükdə uçuş həyata keçirə bilir.