28/11/2019 13:21

Bolqarıstan F-35 döyüş təyyarələri alır

Bolqarıstan Silahlı Qüvvələri ABŞ-dan yeni nəsil F-35 döyüş təyyarələri almaq istəyir.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp Bolqarıstanın baş naziri Boyko Borisov ilə Ağ Evdə görüşündən sonra deyib.

ABŞ prezidenti Bolqarıstanın açıqlanmayan sayda F-35 döyüş təyyarələri sifariş etdiyini bəyan edib.

“Bolqarıstan F-35 sifariş verdi və ABŞ-dan dünyanın ən yaxşı texnikası olan çox sayda hərbi texnika aldı”, – deyə Donald Tramp bildirib.

Qeyd edək ki, bundan əvvəl Bolqarıstan Ordusu aviasiya parkında yer alan Sovet istehsalı MiQ-29 döyüş təyyarələrini əvəz edəcək ikinci əl F-16 təyyarələrinin axtarışına çıxmışdı.

Bolqarıstan hökumətinin ABŞ-dan 8 ədəd F-16 “Block 70” tədarüketmə planına 2019-cu ilin iyul ayında ölkə prezidenti maliyyə və bəzi narahatlıqlar səbəbiylə veto qoydu. Lakin daha sonra hökumət 1,67 milyard ABŞ dolları dəyərində müqaviləni qəbul etdi.