27/04/2017 17:46

Bolqarıstan hərbi aviasiya parkını “Gripen” döyüş təyyarələri ilə gücləndirir

Bolqarıstan hökuməti İsveç istehsalı olan “Gripen” döyüş təyyarələrinin alınması ilə bağlı təklif sənədini təsdiqləyib.

“AzeriDefence”nin məlumatına görə, Bolqarıstan Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, bundan sonra qanuna əsasən, təyyarələrin satın alınması prosesinə nəzarət edəcək hökumətlərarası komissiya yaradılacaq. Bu qurum prosesi sona qədər davam etdirəcək.

Xatırladaq ki, Bolqarıstan döyüş aviasiyası parkının yenilənməsi üçün F-16, “Gripen” və “Eurofighter” şirkətləri ilə danışıqlar aparıb. Hökumət “Gripen” döyüş təyyarələrinin alınmasını məqsədəuyğun hesab edib.

Hazırda Bolqarıstan döyüş aviasiyası parkı Sovet təyyarələrindən ibarətdir.