16/02/2017 12:20

Bolqarıstanın döyüş aviasiyasını ruslar modernləşdirəcək

Rusiyanın “MiQ” şirkəti ilə razılaşma sənədi imzalanıb

Bolqarıstan Hərbi Hava Qüvvələri (HHQ) aviasiya parkında olan döyüş təyyarələrinin bir qisminin modernləşdirilməsini və təmir işlərini Rusiyanın “MiQ” şirkətinə həvalə edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə xəbəri şirkətin rəhbəri İlya Tarasenko verib.

O deyib ki, 2016-cı ilin sonlarında Bolqarıstan HHQ ilə qeyd olunan istiqamətdə əməkdaşlığa dair razılaşma sənədi imzalanıb.

Yaxın müdətdə işlərin başlanması üçün prosedur addımların atılmasına başlanılacaq.

Məlumatda o da qeyd olunub ki, bundan əvvəl Bolqarıstan Müdafiə Nazirliyi Polşa ilə təyyarələrin təmiri və modernləşməsinə dair razılaşma sənədi imzalamışdı.