05/08/2019 20:55

BOO-2019: Azərbaycan artilleriyaçıları sınaq atışları ediblər

“Beynəlxalq Ordu Oyunları – 2019” yarışları çərçivəsində Qazaxıstanda keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin iştirakçıları mərhələlərə hazırlıq məqsədilə məşqlər icra edirlər.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Yarışlarda iştirak etmək üçün təqdim edilən silahlara texniki baxış keçirən Azərbaycan artilleriyaçıları təhlükəsizlik qaydaları, növbəti mərhələnin şərtləri və atış nöqtələrinin texniki imkanları ilə tanış olub.

Hazırlıq prosesini yekunlaşdıran Azərbaycan komandası atıcı silahlar, qumbaraatan və minaatanlardan sınaq atışlarını yerinə yetiriblər.