29/03/2016 17:38

Böyük Britaniya ABŞ-dan kəşfiyyat təyyarələri alır

Böyük Britaniya ABŞ-dan dəniz kəşfiyyatı təyyarələri alacaq.

“AzeriDefence”nin xarici mediaya istinadən verdiyi məlumatına görə, bu alqı-satqı prosesi yaxın vaxtlarda həyata keçiriləcək.

Britaniya ABŞ-ın ” Boeing” aviaşirkətinin istehsalı olan P-8A “Poseidon” təyyarələrini almaq niyyətindədir. İlkin olaraq, rəsmi London 9 ədəd bu tip təyyarə alacaq. Razılaşmanın dəyəri 3,2 milyard ABŞ dollarıdır.

ABŞ Müdafiə Nazirliyinin hərbi əməkdaşlıq idarəsi bu satışın həyata keçirilməsi ilə bağlı öz razılığını verib. Növbəti mərhələ isə Konqresin təsdiq etməsidir.

Böyük Britaniyanın müdafiə naziri Maykl Fellonun sözlərinə görə, P-8A təyyarələrinin alınmasına bölgədə Rusiya sualtı hərbi gəmilərinin fəallaşması ilə bağlıdır.