31/08/2017 19:14

Britaniyanın təyyarə bombasına görə Almaniyada 20 min insan təxliyyə edildi

Almaniyanın Koblans şəhərində İkinci Dünya müharibəsindən qalan partlamamış hərbi sursat tapılıb.

“AzeriDefence”nin “lenta.ru” saytına istinadən verdiyi xəbərə görə, İkinci Dünya müharibəsinə aid Britaniyanın təyyarə bombası küçə təmiri zamanı inşaat işçiləri tərəfindən aşkarlanıb.

Tapıntı yerinə çağrılan polis əməkdaşları ərazini mühasirəyə alıblar. Sonra hüquq-mühafizə orqanlarının əməkdaşları tərfindən yaxınlıqdakı binaların sakinləri daxil olmaqla bütün müəssisələrin əməkdaşları, həmçinin yaxınlıqda olan qadın həbsxanasının məhbusları – cəmi təxminən 20 min insan təxliyyə edilib. Bundan sonra əraziyə gələn istehkam qrupu döyüş sursatını zərərsizləşdirib.

Yaponiyanın “Fukusima-1” Atom Elektrik Stansiyasının nümayəndəsi qeyd edib ki mərminin aşkar olunduğu yerdə İkinci Dünya müharibəsi illərində Yaponiya Hərbi Hava Qüvvələrlərinin aerodromu olub. Həmin dövrdə aerodrom dəfələrlə bombardmana məruz qalıb.

Sentyabr ayının 2-də bombanın partladılması planlaşdırılır.