09/01/2017 12:02

BTR-3 zirehli transportyorlarının yenidən istehsalına başlanılıb

Kiyev Zirehli Tank Zavodu yenidən BTR-3 zirehli transportyorlarının istehsalına başlayıb.

“Azeridefence”nin məlumatına görə, bu barədə “Ukroboronprom” dövlət şirkətinin mətbuata açıqlamasında bildirilib.

Artıq istehsalı tamamlanan 50 ədəd BTR-3 zirehli transportyoru Ukrayna Quru Qoşunlarının invertarına daxil edilib.

Məlumatda qeyd olunur ki, Kiyev Zirehli Tank Zavodu eyni zamanda Silahlı Qüvvələrin 140 ədəd fərqli zirehli transportyorların yenilənməsi xidmətini də həyata keçirib.

Xatırladaq ki, BTR-3 Kiyev Zirehli Tank Zavodu, “Xarkov Konstruktor Bürosu” Dövlət Şirkəti və Jitomir Zirehli Tank Zavodunun birgə istehsalıdır.