20/09/2018 17:20

BTR-60MK transportyorun sınaqları başlayıb

Ukraynanın CDET LLC şirkəti tərəfindən təkmilləşdirilmiş BTR-60MK piyadaların döyüş maşının Silahlı Qüvvələrdə yol sınaqları başlayıb.

8×8 təkər formuluna malik BTR-60PB-nin yeni versiyası olan BTR-60MK zirehli transportyorun modernizasiya sayəsində performans və təhlükəsizliyi artırılıb. Maşının gücünü azaltdığı benzin mühərriklər dizel mühəriklərlə əvəz edilib.

Əlavə zireh ilə qoruma səviyəsi yüksəldilən BTR-60MK sələfindən fərqli olaraq daha müasir lyuk, optik və naviqasiya sistemləri ilə təchiz olunub. Müxtəlif yol şəraitinə uyğun qabiliyyəti artırılan transportyorun təmir və əməliyyat xərcləri azaldılıb.

Məlumatda o da qeyd olunub ki, BTR-60MK piyadaların döyüş maşınının dövlət sınaqlarından sonra, Silahlı Qüvvələrin invertarında olan köhnəlmiş BTR-60 seriyasının yenilənməsinə qərar veriləcək.