27/01/2017 16:04

Ermənistan Ordusunda ölən hərbçilərin sayı 14 oldu

Ermənistan Silahlı Qüvvələri daha bir hərbi qulluqçusunu itirib.

“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi məlumatına görə, Ermənistandakı hərbi hissələrin birində müddətdən artıq xidmət edən Samvel Apinyanın sıra meydanında halı pisləşib.

Hərbi hissənin tibb məntəqəsinə aparılan S. Apinyan orada ölüb.

Hadisə ilə bağlı yaradılan məhkəmə-tibbi ekspertiza qrupu S. Apinyanın ölüm halını araşdırılır.

Qeyd edək ki, bu Ermənistan Ordusunda yanvar ayında baş verən 14-cü ölüm hadisəsidir.