15/05/2013 04:55

Bu da Modern Piyada Tüfəngi – FOTO

Türkiyə Silahlı Qüvvələrində G-3 tüfənglərini əvəz etmək üçün Modern Piyada Tüfəngi (MPT) layihəsi çərçivəsində hazırlanan yeni piyada tüfənginin görüntüləri yayımlanıb. “AzeriDefence”nin xəbərinə görə, MEK şirkəti tərəfindən İDEF-2013 sərgisinə çıxarılan tüfəng məhdud dairədə – üst düzey heyətlərə nümayiş etdirilib.

Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının saytında yer alan fotoda isə Baş Qərargahın rəisi, ordu generalı Necdət Özəl silahl incələyərkən görünür.

Qeyd edək ki, MPT Azərbaycanın müdafiə və müdafiə sənayesi nazirlərinə də təqdim olunub.