22/09/2016 21:32

Bu da robot qollu multikopter – FOTO-VİDEO

Yaponiyanın “Prodrone” şirkəti iki robot qolu olan multikopter (drone) sinifinə aid pilotsuz uçuş aparatı (PUA) hazırlayıb.

Bu barədə “AzeriDefence” xarici mediaya istinadən məlumat verib.

Dünyada ilk olan PD6B-AW-ARM multikopteri 5 bucaq üzrə hərəkət etmək imkanına sahibdir.

PUA iki robot qolu vasitəsiylə 10 kq çəkiyə qədər avadanlıqları qaldırır və başqa əraziyə daşıya bilir.

Multikopter maksimum 60 km/saat sürətlə hərəkət edir və aparatın 5000 metr yüksəkliyə qədər qalxmaq imkanı var.

20 kq ağırlığı olan multikopter 30 dəqiqə havada qala bilir.