23/02/2016 11:17

Bu il Azərbaycanın 1000-dən çox hərbçisi NATO tədbirlərində iştirak edəcək

Bu il Azərbaycan Müdafiə Nazirliyinin 1000-dən artıq hərbi qulluqçusunun NATO tədbirlərində iştirakı planlaşdırılır.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, Azərbaycanın NATO ilə 2016-cı il üçün Fərdi Tərəfdaşlığın Əməkdaşlıq Proqramının Müdafiə Nazirliyinə aid olan hissəsində 187 tədbirdə Silahlı Qüvvələrin 1000-dən çox hərbi qulluqçusunun iştirakı nəzərdə tutulur.

Bu tədbirlərdən 176 tədbir xarici dövlətlərdə, 11 tədbirin isə Azərbaycanda keçirilməsi planlaşdırılıb.

Qeyd edək ki, hazırda Azərbaycan Silahlı Qüvvələrinin 9 zabiti NATO-nun müxtəlif qərargahlarında Tərəfdaşlığın Qərargah Elementi vəzifələrində xidmət edirlər. 2016-cı il ərzində NATO strukturlarında xidmət edən zabitlərin say tərkibinin artırılması planlaşdırılır.