15/11/2015 14:12

Bu müəssisələr orduya ərzaq satmaq istəyirdi – Müdafiə Nazirliyi almaqdan imtina etdi -FOTOLAR

Müdafiə Nazirliyi son vaxtlar bir sıra KİV -lərdə Silahlı Qüvvələrə qida məhsullarının satışı ilə bağlı yer almış ittihamlara münasibət bildirib.

“AzeriDefence”nin bildirdiyinə görə, Müdafiə Nazirliyinin yaydığı məlumatda iddiaların heç birinin həqiqəti əks etdirmədiyi və məsələnin mahiyyəti kobud surətdə təhrif olunuğu vurğulanıb.

Belə ki, müvafiq qaydalara uyğun olaraq Müdafiə Nazirliyi tərəfindən rəsmi ölkə mətbuatında və Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin internet səhifəsində satınalmalar ilə bağlı elanlar dərc edildikdən sonra tender prosedurları həyata keçirilir. Satınalmaların şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyət üçün əldə edilən bütün ərzaq məhsulları şəxsi heyətin sağlamlığının təmin edilməsi məqsədilə zəhərlənmələrin, viruslara və infeksiyalara yoluxmaların, eləcə də sağlamlığa zərər verə biləcək digər xoşagəlməz halların qarşısının alınması məqsədilə xüsusi laboratoriyalarda sanitar, epidemioloji, gigiyenik yoxlamalardan keçirilir.

Qaydalara uyğun olaraq sənədləri təqdim edən, işinə vicdanla yanaşan, təqdim etdiyi məhsullar laboratoriya yoxlamalarının tələblərinə cavab verən iş adamları və malgöndərən müəssisələrlə müvafiq müqavilələr bağlanılır.

Bunun əksinə olaraq satınalma müqavilələrin icrasına səhlənkar yanaşan, müqavilənin icrası üçün kifayət qədər potensial imkanları olmayan, təqdim etdiyi xidmətlər və məhsullar tələblərə cavab verməyənlərlə qanuna müvafiq olaraq müqavilələr bağlanılmır, yaxud da əvvəllər bağlanılmış müqavilələr sanksiyalar tətbiq edilməklə ləğv edilir.

“Satınalmalarda qalib gəlməyənlərə qanuni şəkildə bütün proseslər izah edilməsinə və müvafiq orqanlar tərəfindən cavab verilməsinə baxmayaraq, bəziləri qeyri-qanuni, çirkin yollarla bu işə qoşulmağa cəhd göstərir, müxtəlif üsullarla, o cümlədən “sarı”, mətbuatı cəlb etməklə qeyri-obyektiv yazılar dərc etdirərək şantaj və hədə-qorxu ilə nəyəsə nail olmağa çalışırlar”.

Nazirlik orduya qida məhsulları satmaq istəyən həmin müəssisələrin bəzilərinin fotolarını yayıb. Həmin fotoları təqdim edirik.

mod1

mod3

mod6

mod10

mod8

mod11

mod13

mod14

mod15

mod16