13/04/2018 11:22

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yolasalma tədbirləri keçirilir – FOTO

Azərbaycan Prezidentinin ”Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncamının icrası ilə əlaqədar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində vətəndaşların müddətli həqiqi hərbi xidmətə yolasalma tədbirləri keçirilir.

Bu barədə “AzeriDefence”yə Səfərbərlik Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Gənclərin növbəti hərbi xidmətə yola salınması mərasimlərində ictimaiyyət nümayəndələri, o cümlədən rayon ağsaqqalları, veteranlar, keçmiş döyüşçülər həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayır, onlara verilən hər bir hərbi tapşırığın dərhal yerinə yetirməyin və Vətənin keşiyində ayıq-sayıq durmağın əhəmiyyətindən danışırlar.

Çağırışçı gənclər Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şərəflə vətənin müdafiəsinə, işğal altında olan Azərbaycan torpaqlarının azad edilməsinə hazır olduqlarını bildirirlər.