10/04/2019 19:32

Çak Norris “Glock Amerika” tapança şirkətinin mətbuat katibi təyin edilib

Dünya şöhrətli aktyor Çak Norris (Chuck Norris) “Glock Amerika” şirkətinin mətbuat katibi təyin edilib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə “Glock Amerika” şirkəti aprelin 8-də özünün sosial media hesabında məlumat yayıb.

“Glock Amerika” məşhur tapança istehsalçısı olan “Glock” şirkətinin ən böyük filiallarındandır.

Çak Norris 1940-ci ildə ABŞ-da anadan olub. O, gəncliyində bir müddət ABŞ HHQ-nin polisində, daha sonra “Northrop Corporation” çalışıb. 1966-cı ildə ABŞ-da karate üzrə ölkə, 1968-ci ildə dünya çempionu olub. O, eyni zamanda taekvondo və tanqsu döyüş idman növləri ilə məşğul olub. 2007-ci ildə Çak Norris ABŞ-ın “Fəxri dəniz piyadası” elan edilib.