28/04/2012 05:57

Camcopter “Cineflex” rəqəmsal kamerası ilə testdən keçdi

Avstriyanın “Schiebel” şirkəti Amerikanın “Brain Farm Digital Cinema and Snaproll Media” şirkəti ilə birgə “Camcopter S-100” heliktopter tipli pilotsuz uçuş aparatında “Cineflex” yeni rəqəmsal kamerasını testdən keçirib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Schiebel” şirkəti məlumat yayıb.

Testlər zamanı “Cineflex” videokamerası çox dəqiqliklə yarış motosiklləri və avtomobillərin hərəkət zamanı şəkillərini çəkib. Çəkiliş vaxtı “Camcopter”in sürəti 44 km/saat təşkil etsə də, çəkilmiş şəkillərin keyfiyyəti bütün gözləntiləri üstələyib.

Bu yaxınlarda pilotsuz helikopterə qurulmuş yeni mühərrik və “Cineflex” kamerasının inteqrasiyası “Camcopter”i dünyada ən yüksək təsirli pilotsuz sistemlərdən birinə çevirir.