13/02/2013 12:54

CAR Hava Qüvvələrin sabiq komandanı Paramount Groupda çalışacaq

Cənubi Afrika Hava Qüvvələrin (SAAF) sabiq komandanı, general-leytenant (əməkli) Carlo Gagiano Paramount Group şirkətinin icraçısı və qrup sədrinin xüsusi məsləhətçisi təyin olunub. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Army-Technology” protalı məlumat yayıb.

2012-ci ili böyümə ilə başa vuran Paramount Group 2013-cü ildə Afrika, Yaxın Şərq və Cənubi Amerikada satışların çoxalmasını gözləyir. Xüsusən də bu artım Afrika qitəsinin ilk təyyarəsi olan AHRLAC-ların yaradılmasına cavabdeh olan aerokosmik sahədə gözlənilir.

Paramount Group icraçı sədri Ivor Ichikowitz bildirib ki, general Gagianonun qoşulmaq qərarı Paramount Groupun artan aviasiya biznesini tamamlayır.

Carlo Gagiano 44 illik karyerası ərzində SAAF-da müxtəlif vəzifələrdə çalışıb.