26/10/2018 18:24

CAR-nın HDQ-nin komandanı Bakıda səfərdədir

VI Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində ölkəmizdə səfərdə olan Cənubi Afrika Respublikasının (CAR) Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı vitse-admiral Musava Hlonqvane Azərbaycan HDQ-də və Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) olub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətidən məlumat verilib.

Vitse-admiral M.Hlonqvane  HDQ-nin Qərargah rəisi 1-ci dərəcəli kapitan Şahin Məmmədovla görüşüb və 1987-1991-ci illərdə təhsil aldığı AAHM-nin hərbi dəniz fakültəsini ziyarət edib.