31/05/2012 09:39

Cassidian LOCATES sistemini testlərə hazırlayır

“Cassidian” şirkəti ve Kanada Müdafiə Araşdırmaları və İnkişafı Təşkilatı ilə birgə gəmilərə sahildən təhdid yaradan lazer başlıqlı raketlərə hazırladığı LOCATES sistemini nəzərdən keçirib. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə “Cassidian” şirkəti məlumat yayıb.

Sistemin testlərinə iyul ayında başlanacaq və 2013-cü ilin ortalarınadək davam edəcək.

“Cassidian” Kanada Dəniz Qüvvələri ilə lazer başlıqlı raketlərin limanlar və sahilyanı mövqelərdə yaratdığı təhdidlərin aşkar edilməsi və mübarizə aparmaq üçün yeni texnologiyanın yaradılmasına dair müqaviləni 2011-ci ildə bağlayıb.