28/10/2012 12:25

Cassidiandan yeni dəniz radarı

Cassidian şirkəti tərəfindən hazırlanmış TRS-4D adlı müasir dəniz radarı tanıdılıb. “AzeriDefence”nin məlumatına görə, yeni təhdidlərə və asimmetrik təhlükələrə qarşı nəzərdə tutulmuş TRS-4D patrul gəmilərin müxtəlif tiplərində, həmçinin freqatlarda qurula bilər.

Açıq akvatoriyaların böyük dərinliklərində, həmçinin sahilboyu sularda işləyən RLS yüksək dəqiqlik və aşkar etmə, hədəflərin geniş spektrini izləmə qabiliyyətinə malikdir.