28/01/2012 11:27

“Cassidian”dan yeni nəsil jammer

EADS korporasiyasının hərbi bölməsi olan “Cassidian” şirkəti, maşınların radio ilə idarə olunan əldə qayırma partlayıcılardan (İED) müdafiəsini təşkil edən jammerlərin (Vehicle Protection Jammer) yeni nəsilini hazırlayıb. Şirkətin yaydığı məlumata görə, yeni jammer hərbi maşınların müdafiəsini əhəmiyyətli dərəcədə yüksəldir. Çoxsaylı poliqon sınaqları keçdikdən sonra, 2011-ci ilin dekabrında jammerin seriyalı istehsalına başlanıb.

“Cassidian” şirkətinin Sensor və Elektron Müharibə bölməsinin rəhbəri Elmat Compansun sözlərinə görə, son hərbi münaqişələrdən gəlinmiş nəticələr radio ilə idarə olunan İED-lərin asimmetrik ssenarilərdə əsas təhlükələrdən biri olduğunu göstərir: “Hazırda rəqəmli texnologiyalar sahəsində inkişaf bizə bu təhlükəyə qarşı daha çox dayanmaq üçün üçün daha çox vasitələr ortaya qoymaq imkanı verir”.

“Cassidian”ın bu jammerinin hazırlanmasında yeni texnologiyalarından istifadə edilib. O qoyulmuş İED-lərin işləməsi üçün nəzərdə tutulmuş radiosiqnalları aşkar edir və maneələr yaradır. Jammer yeni rəqəmli qəbulediciyə və siqnallara mikrosaniyədən daha az müddətdə reaksiya verən texnologiyaya malikdir. Jammerin əsas avadanlığı operatorun və xidmət edən personalın müdafiəsi daxil olmaqla təhlükəsizliyin alman tələblərinə uyğun hazırlanıb. Bu avadanlığı hətta kiçik nəqliyyat vasitələrinə belə asan şəkildə qurmaq mümkündür.