27/10/2013 18:54

Cəbhədə bir erməni hərbçisi öldürülüb, biri yaralanıb

Cəbhə xəttində erməni hərbçisi öldürülüb. “AzeriDefence”nin öz hərbi mənbələrindən əldə etdiyi məlumata görə, hadisə oktyabrın 26-da səhərə yaxın, cəbhənin Tərtər rayonu istiqamətində baş verib. Atışma zamanı “Qarabağ Müdafiə Ordusu” adlanan separatçı silahlı birləşmənin çavuş rütbəli, Yeseyan soyadlı hərbçisi öldürülüb. Bir hərbçinin isə yaralanması barədə məlumat qeydə alınıb.

Bu gün səhər saatlarında əraziyə qarşı tərəfdən yüksək rütbəli hərbçilər gəlib.

Həmin döyüşdə Azərbaycan Ordusunun bir hərbçisi də şəhid olub.