30/01/2014 11:13

Cəbhədə bir erməni əsgəri öldürülüb

Cəbhə xəttində atəşkəs rejimini pozan Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat yayıb.

Yanvarın 28-də Qarabağ cəbhəsində baş verən atışmada Ermənistan Ordusunun əsgəri Karen Qalstyan öldürülüb.