29/05/2014 16:05

Cəbhədə daha bir erməni hərbçisi öldürülüb

Cəbhə xəttinin Füzuli rayonu istiqamətində mayın 28-də gecə saatlarında baş vermiş döyüşdə Ermənistan Ordusunun bir hərbçisi öldürülüb. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ermənistan mediası məlumat yayıb.

Öldürülmüş erməni hərbçisi 1995-ci il təvəllüdlü Erik Vilenoviç Qasparyandır.

Qeyd edək ki, mayın 27-də axşam saatlarında və 28-nə keçən gecə erməni kəşfiyyat-diversiya qrupu cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizdəki postlardan birinə növbəti dəfə basqın etməyə cəhd göstərib. Döyüş zamanı Azərbaycan Silahlı Qüvvələrinin iki hərbçisi şəhid olub, bir hərbçisi isə yaralanıb.