29/04/2012 15:49

Cəbhədə öldürülmüş 3 erməni hərbçisinin adları və hadisənin təfərrüatları bəlli olub

Aprelin 27-də cəbhə xəttinin Tovuz rayonu istiqamətində – Ermənistanın Tavuş marzası ərazisində öldürülmüş Ermənistan Ordusunun hərbçilərinin adları və hadisənin təfərrüatları məlum olub. “AzeriDefence”nin bildirdiyinə görə, bu barədə Ermənistanın “Haykakan Jamanak” qəzeti məlumat yayıb.

Qəzet öldürülmüş hərbçilərin adlarını da açıqlayıb. Bunlar orduda müqavilə əsasında xidmət edən 1984-cü il təvəllüdlü David Abqaryan, 1986-cı il təvəllüdlü Aram Esayan və 1991-ci il təvəllüdlü Arşak Nersisyandır. Hadisə baş verən zaman avtomaşında 4 hərbçi olsa da onlardan biri qaçıb gizlənə bilib. Hazırda həmin hərbçi Berd şəhərində həərbi polisdə saxlanılır.

Məlumata görə, Azərbaycan hərbçiləri öncə maşıına qumbara atıb. Avtomobil dayanandan sonra isə yaxınlaşaraq erməni hərbçiləri çölə çıxararaq güllələyib, öldüklərinə əmin olmaq üçün boğazlarını kəsiblər.

Yazılanları Ayqepar kəndinin icra nümayəndəsi Andranik Aydınyan da təsdiqləyib. Kənd rəhbəri onu da vurğulayıb ki, vəziyyət oxşar tərzdə davam edərsə, kəndin çoxlu sayda sakini öz evlərini tərk edə bilər.

Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi ötən gün hadisəni yalnız şifahi qaydada təsdiqləyib. Öldürülmüş əsgərlərin adlarını isə açıqlamayıb.