11/04/2019 13:27

Cəbhə xəttində artilleriya bölmələri döyüş atışlı təlimlər keçirib – VİDEO

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin hazırlıq planına uyğun olaraq Raket və Artilleriya birləşmələrinin döyüş atışlı təlimləri keçirilib.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Təlimlərdə artilleriya bölmələri marş icra edib, cəmləşmə rayonlarına çıxıb və atəş mövqelərini tutaraq döyüş atışlarını yerinə yetiriblər.