31/08/2019 13:15

Cəbhə xəttində genişmiqyaslı təlimlər keçiriləcək

Azərbaycan Silahlı Qüvvələrinin cəbhəboyu zonada yerləşən hərbi hissələrində genişmiqyaslı təlimlər keçiriləcək.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə deyib.

Müdafiə naziri qarşıdakı aylarda Azərbaycanda keçirilməsi nəzərdə tutulan beynəlxalq və cəbhəboyu zonada yerləşən hərbi hissələrdə planlaşdırılan digər genişmiqyaslı təlimlərə hazırlıqla bağlı əmr və sərəncamların yüksək səviyyədə icrasını tələb edib.