18/12/2015 16:00

Cəbhədə 3 erməni hərbçisi öldürülüb

Cəbhədə təxribat törətməyə cəhd edən Ermənistan Silahlı Qüvvələrinin 3 hərbçisi öldürülüb.

Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat verib.

Hadisə işğal olunan Azərbaycan ərazisində baş verib. Öldürülən Aqasi Qriqoryan və Ruben Aleksanyan adlı hər iki əsgər 1996-cı ildə anadan olub.

Bundan başqa 1992-ci ildə anadan olan müqavilə əsasında xidmət edən Qor Ohanyan da Azərbaycan Ordusunun birləşmələri tərəfindən öldürülüb.