29/01/2018 11:16

Cəbhədə daha bir erməni hərbi qulluqçusu ölüb

Cəbhə xəttində silahla davranış qaydalarını pozan erməni əsgəri ölüb.

“AzeriDefence” erməni mətbuatına istinadən verdiyi məlumata görə, 1998-ci il təvəllüdlü Hovsep Karen Qriqoryan silahla davranış qaydalarının kobud şəkildə pozulması nəticəsində ölüb.

Hərbi qulluqçunun ölümü ilə bağlı istintaq işləri aparılır.