19/06/2018 13:18

Cəbhədə Ermənistan Ordusuna aid PUA vurulub

Cəbhə xəttində Ermənistan Silahlı Qüvvələrinə məxsus pilotsuz uçuş apartı (PUA) məhv edilib.

Bu barədə “AzeriDefence” erməni mediasına istinadən məlumat verib.

Bu gün saat 11:20 radələrində Qarabağ cəbhəsində Ermənistana məxsus PUA, kəşfiyyat uçuşları həyata keçirməyə cəhd edərkən zərərsizləşdirilib.

Məhv edilən PUA-nın tipi açıqlanmayıb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti faktı təsdiqləyib. Nazirliyin mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, iyunun 19-u səhər saatlarında cəbhənin Füzuli-Xocavənd istiqamətində Azərbaycan Ordusunun mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus “X-55” taktiki pilotsuz uçuş aparatı Azərbaycan Hərbi Hava Qüvvələrinin bölmələri tərəfindən dəfə məhv edilib.