08/01/2018 11:05

Cəbhədə Ermənistan Ordusunun hərbi qulluqçusu məhv edilib

Cəbhə xəttində Ermənistan Ordusunun hərbi qulluqçusu məhv edilib.

“AzeriDefence”nin Ermənistan mediasına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 7-də Qarabağ cəbhəsində baş verib.

Ön xətdə baş verən atışma nəticəsində Ermənistan Ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Vaçe Çilingəryan öldürülüb.