19/12/2015 14:08

Cəbhədə bir erməni öldürüldü, 4 erməni hərbçisi yaralandı

Cəbhədə təxribat törətmək istəyən Ermənistan Silahlı Qüvvələrinin bölmələri itki verib.

“AzeriDefence”nin erməni mediasına istinadən verdiyi məlumatına görə, hadisə Dağlıq Qarabağ bölgəsində baş verib.

Düşmənin təxribatının qarşısını alan Azərbaycan Ordusu 1996-cı il təvəllüdlü erməni əsgər Fidar Aloyanı öldürüb.

F. Aloyan Dağlıq Qarabağ sakinidir.

Bundan başqa cəbhədə daha 4 erməni hərbçisi yaralanıb.