31/05/2017 10:23

Cəbhədə vəziyyət pisləşib: Ermənilər Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub

Mayın 30-da gecədən başlayaraq mayın 31-i səhərədək Ermənistan Silahlı Qüvvələrinin bölmələri tərəfindən iriçaplı silahlardan, o cümlədən 82 və 120 millimetrlik minaatanlardan istifadə edilməklə Azərbaycanın mövqeləri və cəbhənin Tərtər, Ağdam və Füzuli rayonları ərazisində bir sıra yaşayış məntəqələri atəşə tutulub.

Bu barədə “AzeriDefence”yə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Azərbaycan Silahlı Qüvvələrin şəxsi heyəti və mülki əhali arasında itki yoxdur.

Silahlı Qüvvələrin ön xətt bölmələrinin adekvat cavab tədbirləri nəticəsində düşmən susdurulub.

Müdafiə Nazirliyi xəbərdar edir ki, Ermənistan Silahlı Qüvvələri bölmələrinin bu cür təxribatları təkrarlanarsa, Azərbaycan Silahlı Qüvvələri uzaq məsafədəki hədəfləri vuran artilleriya sistemlərini tətbiq etməklə Ermənistan müdafiəsinin dərinliyindəki yaşayış məntəqələrini atəşə tutacaq.