21/06/2018 15:21

Cəlilabadda sərhəd pozucuları ilə atışma baş verib, DSX-nin əsgəri yaralanıb

Sərhəd pozucuları ilə atışmada yaralanan əsgər DSX rəisi tərəfindən medalla təltif olunub

İyunun 21-də saat 02:45 radələrində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Göytəpə sərhəd dəstəsinin Cəlilabad rayo­nu­nun Bay­xanlı kəndinin yaxınlığın­dakı sərhəd zasta­va­­sı­nın xid­mə­ti ərazisində dövlət sərhə­dinin pozulmasına cəhd edil­ib.

Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Sərhəd naryadı tərə­fin­dən İran İslam Res­pub­likasından Azər­bay­can istiqamə­tində silahlı şəxslərin hərəkəti aşkar olun­­­araq qarşısı alınıb.

Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsində olan sərhəd naryadının qanuni tələbinə və xəbər­darlıq atəşinə tabe ol­ma­yan sərhəd pozu­cu­ları tərəfindən sərhəd nar­yadına qarşı silah tətbiq edilib. Baş vermiş hadisə zamanı sərhəd nar­ya­dının baş­çısı Balakən rayonundan həqiqi hərbi xidmətə çağı­rılmış əsgər Kuru­pov Ra­­ma­zan Məmməd oğlu döş qəfəsi, əl və ayaq nahiyələrindən gül­lə yaraları alıb. Dövlət sərhə­dini pozmağa mü­vəf­fəq ola bilməyən sər­həd pozu­cuları geri qaçıblar.

Əsgər R.Kurupov digər sərhəd naryadı tərəfindən ilkin tibbi yardım gös­tərildikdən sonra təcili olaraq Cəlilabad rayon mərkəzi xəstəxana­sına təxliyə edilib.

Xəstəxananın və DSX hərbi hospitalının hadisə ilə əlaqədar Cəlilabad rayonuna ezam olunmuş həkimləri tərəfindən əsgər təcili əməliy­yat olunub. Hadisədən dərhal sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-pol­kov­nik Elçin Quliyev və digər rəhbər vəzifəli şəxslər əraziyə gələrək, hadisə yerinə baxış keçirib, əməliyyat-axtarış tədbirlərinin davam et­di­ril­məsinə dair zəruri tapşırıqlar veriblər.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Cəlilabad rayon icra ha­ki­­miy­yətinin başçısı, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Cəli­labad rayon mərkəzi xəstəxanasında əsgər R.Ku­rupova baş çəkərək, səhhəti ilə maraqlanıblar.

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev sərhədçi əsgəri təcili əməliyyat edərək onun həyatını xilas etmiş tibb heyətinə, həmçinin əsgərin əməliyyatı üçün qan vermiş DİN-in Cəli­labad rayon şöbəsi­nin əməkdaşlarına minnətdarlığını bildirib.

Dövlət Sərhəd Xidməti rəisinin əmri ilə əsgər Kurupov Ra­­mazan Məmməd oğlu xidməti vəzifələrinin icra­sında göstərdiyi şücaətə görə “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.

Hadisə ilə əlaqədar zəruri tədbir­lər həyata keçirilir. Fakt üzrə Hər­bi Pro­ku­rorluq tərəfindən cinayət işi başlanıb.