20/06/2017 16:20

Cənubi Koreya “Cheongung” ZRK-nın seriyalı istehsalına başlayır

Cənubi Koreyanın “LİG Nex 1” şirkəti yeni “Cheongung” zenit-raket kompleksinin (ZRK) sınaqlarını yekunlaşdırıb.

“AzeriDefence”nin məlumatına görə bu barədə “Yonhap” informasiya agentliyinin yadığı xəbərdə bilidirilib.

Müdafiə Məhsulları Agentliyi (ADD) və “LİG Nex1” şirkəti ZRK-nın sınaqlarının müvəffəqiyyətli tamamlanmasını elan edib. M-SAM layihəsi çərçivəsində hazırlanan “Cheongung”  Hava və Raket Hücumundan Müdafiə Sistemi artıq seriyalı istehsala hazırdır.

Yaxın vaxtlarda seriyalı istehsalına başlanılacaq yeni “Cheongung” ZRK-nın 2019-cu ildə Cənubi Koreya Silahlı Qüvvələrinin inventarına dəbul edilməsi planlaşdırılıb.

“Cheongung” idarə olunan raketiylə 20 kilometrə qədər hündürlükdə ballistik raket hədəflərini məhv etmək imkanına malikdir.

Avtomatik tuşlama sistemiylə təchiz edilən “Cheongung” raketinin uzunluğu 4.6 mert, çəkisi 400 kiloqramdır.