19/04/2017 22:27

Cənubi Koreya gəmi əleyhinə yeni raketin testlərini keçirib

Cənubi Koreyada yeni gəmi raketlərinin testləri keçirilib.

“AzeriDefence” xəbərinə görə bu barədə Cənubi Koreyanın “Yonhap” xəbər agentliyi məlumat yayıbb.

Cənubi Koreyanın Müdafiə Təminatı Proqramı Administrasiyası (DAPA) ilə Müdafiə Nazirliyi arasında yeni raketin yaradılması və istehsalına dair müqavilə imzalanıb.

Hərbçilər hələ raketin adı və müqavilə üzrə podratçı haqqında məlumat vermirlər.

Məlum olan odur ki, raketlərin seriyalı istehsalına növbəti ildə başlanacaq və 2019-cu ildə yeni raketlər Cənubi Koreya donanmasının freqatlarına ineqrasiya olunacaq.

Raketlər şaquli və maili işəsalma qurğuları üçün iki modifikasiyada istehsal olunacaq və FFX tipli freqatların silahlandırılmasına daxil olacaq. FFX I modifikasiyasının gəmiləri maili, FFX II modifikasiyasının gəmiləri isə şaquli işəsalma qurğularını təhvil alacaq.

Bundan başqa, yeni raketlər tikintisinə ən yaxın illərdə başlanması planlaşdırılan FFX III tipli perspektivli freqatların silahlanmasına da daxil ediləcək.

Məlumatda o da qeyd olunub ki, DAPA raketlərin hazırlanması zamanı elə bir texnolgiyadan istifadə edib ki, qısa vaxt ərzində raketin optimal maşrut üzrə hərəkət edərək, maneələrdən çəkinərək hədəfləri məhv etməyinə imkan verəcək.