15/11/2017 17:25

Cənubi Koreya Ordusu “Apache” döyüş helikopterləri ilə hədəfləri vurdu

Cənubi Koreya Silahlı Qüvvələri 8 ədəd AH-64E “Apache” döyüş helikopteri ilə havadan yerə raket atışı təlimi keçiriblər.

“AzeriDefence” xarici mətbuata istinadən xəbər verir ki, təlimdə hər bir helikopterdən bir ədəd AGM-114 “Hellfire” “hava-yer” tipli idarə olunan raketlər atılıb.

Bildirilib ki, müxtəlif hündürlük və məsafələrdən atılan raketlər əvvəlcədən təyin olunan hədəfləri müvəffəqiyyətlə məhv edib.

Qeyd edək ki, Cənubi Koreya ötən ilin may ayında ABŞ-dan 36 ədəd AH-64E “Apache” helikopterləri satın alıb. Helikopterlər 2017-cilin yanvar ayından rəsmi şəkildə Ordunun silahlanmasına qəbul edilib. Sürəti 269 km/saat olan AH-64E döyüş helikopterləri AGM-114 “Hellfire” “hava-yer” raketləri ilə yanaşı AIM-92 “Stinger” “hava-hava” tipli raketlərlə silahlandırılıb.