23/05/2018 18:20

Cənubi Koreya Ordusunu döyüş robotları ilə silahlandıracaq

Cənubi Koreya 2024-cü ildən etibarən müasir robot plarformalarını Silahlı Qüvvələrə inteqrasiya etmək istəyir.

“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Cənubi Koreya Müdafiə Nazirliyi ordunun bu ilin əvvəllərində personal və robot platformaları ilə kombinasiya üzərində mühüm işlər gördüyünü, həm şəxsi heyət, həm də döyüş robotları üçün məntəqələrin qurulmasının artıq zərurətə çevrildiyini bildirib.

Həyata keçirilən işlər nəticəsində robot-kəşfiyyat platformaların təxminən 500-600 əsgərin işini görə biləcək, K9 habutsaların ropotlaşması ilə təxminən 2 min hərbçinin digər fərqli xidmətlərə cəlb edilməsinə imkan yaradacaq.