18/10/2017 17:13

Cənubi Koreya yaxın istiqamətdə idarə olunan raket kompleksi yaradıb

Cənubi Koreyanın “LİG Nex 1” şirkəti yeni yaxın istiqamətdə idarə olunan raket kompleksini təqdim edib.

“AzeriDefence”nin “Defence Blog”a istinadən verdiyi xəbərə görə, “Bigung” adlı yeni raket kompleksi Seulda keçirilən ADEX – 2017 beynəlxalq aerokosmik və müdafiə sərgisində nümayiş olunur.

70 mm çaplı idarə olunan“Bigung” raketinin çəkisi 15 kq, uzunluğu 1,9 metrdir. “Bigung” idarə olunan raket kompleksi əsasən sahil mühafizəsi üçün nəzərdə tutulan mobil sistemdir. Raket kompleksindən ilk növbədə hava vasitələri, desant gəmi və katerlərinə qarşı istifadə olunur.

Bildirilib ki, yük maşını üzərinə inteqrasiya olunan “Bigung” hazırda ordunun silahlanmasında yer alan sahil artilleriya sistemlərinə nisbətən daha mobil və güclüdür.

“Bigung” kompleksi bir dəfəyə 40 raketə qədər atəş açmaq imkanına sahibdir. Həmçinin kompleks raketlər və digər hədəfləri izləmək və məhv etmək qabiliyyətinə malikdir.

Məlumatda o da qeyd olunub ki, 2010-cu ildə Bigung layihəsinin icrasına başlanılıb.