14/02/2017 09:32

Cənubi Koreyadan cavab: Seul raket sınaqlarına başlayır

Cənubi Koreya Respublikası şimal qonşusuna cavab olaraq ballistik raket sınaqlarına başlayacaq.

“AzeriDefence”nin “Yonxap” informasiya agentliyinə istinadən verdiyi məlumatına görə, rəsmi Seul bildirib ki, Cənubi Koreya “Xyonmu-2A” raket kompleksinin sınaqlarını keçirəcək.

Cənubi Koreya Müdafiə Nazirliyi məlumatı təsdiqləyib və əlavə olaraq qeyd olunub ki, bu Şimali Koreyanın regiondakı təhdidlərinə cavab olaraq həyata keçirilir.

Xatırladaq ki, fevralın 12-də Şimali Koreya “Pukguksong-2” ballistik raketinin sınaqlarını keçirib. Raketin hədəfi Yapon dənizindəki müvafiq bölgə olub.