27/03/2012 13:13

Çeska Zbrojovka yeni tapançasını təqdim edib – FOTO

“Çeska Zbrojovka” şirkəti yeni – CZ 75 SP-01 SHADOW 2012 tipli tapançanın seriyalı istehsalına başlayıb. Bu barədə “AzeriDefence” şirkətin saytına istinadən məlumat verib.

Yeni tapança prosedurları və əməliyyatları ilə seçilir. Məsələn, tapançanın barabanı əllə fiksasiya oluna bilir, daha güclü tətik mexanizmi nmövcuddur. Anoloqlarından daha yaxşı komfortu ilə seçilən yeni modelin atəş dəqiqliyi artırılıb. Hamar və dəqiq trigger mexanizminə malikdir.

CZ 75 SP-01 SHADOW 2012 modeli 9 mm Lurger (9×21) kalibrli güllələrdən atəş açır. Tapançanın darağı 18 güllə tutur. Silahın tam uzunluğu 207 mm, lüləsinin uzunluğu 114 mm, eni 37 mm, çəkisi 1180 qramdır.