30/08/2017 13:45

Çexiya Azərbaycana 120 ədəd tapança satıb

Çexiya 2016-cı ildə Azərbaycana 120 ədəd tapança ixrac edib.

“AzeriDefence”nin məlumatına görə, bu barədə Çexiya hökumətinin BMT-nin Adi Silahlar Registrinə təqdim etdiyi hesabatda qeyd olunub.

Ötən il Çexiya postsovet ölkələrindən Azərbaycanla yanaşı Gürcüstana 99 ədəd, Moldovaya 110 ədəd  tapança, Gürcüstana 223 ədəd karabin, Qazaxıstana 39 ədəd pulemyot, Türkmənistana isə 6 ədəd iriçaplı artilleriya sistemi (122 mm RM-70 Vampir) satıb.

Azərbaycana satılan tapançaların istehsalçısı “Çeşski Zbrojovka” şirkətidir.