25/07/2012 12:02

Çexiya Ordusuna 10 min ədəd CZ 805 Bren hücum tüfəngi alınacaq

Çexiya Müdafiə Nazirliyi qarşıdakı bir neçə il ərzində 10 min ədəd CZ 805 Bren hücum tüfəngi, 7 min ədəd CZ 75 Phantom tapançası və 500 ədəd CZ Scarpion tipli tapança pulemyot alacaq. Bu barədə AzeriDefence Çexiya Müdafiə Nazirliyinin saytına istinadən məlumat verib.

Satınalmaların ümumi məbləği 1 milyard Çex kronundan çox olacaq. Ümumilikdə bu il və gələn il 8 min ədəd hücum tüfənginin təhvil-təslimi başa çatdırılacaq.