06/10/2017 10:21

Çexiyanın hərbi sənaye şirkətlərinin nümayəndələri Azərbaycanda səfərdədir

Çexiyanın müdafiə sənayesi sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət heyət Azərbaycanda səfərdədir.

“AzeriDefence”nin məlumatına görə, Çexiya şirkətləri Azərbaycanın Müdafiə Nazirliyi, Müdafiə Sənayesi Nazirliyinin müəssisələri, digər hərbi qurumlarında və yerli şirkətlərdə görüşlər keçiriblər.

Görüşlərdə Azərbaycan və Çexiya arasında hərbi texniki əməkdaşlıq imkanları və perspektivləri müzakirə olunub.