17/12/2018 12:13

“Cihaz” İB-nin müəssisələrində yaradılma proqramı ilə 13 mövzu üzrə işlər aparılır

Müdafiə Sənayesi Nazirliyinin “Cihaz” İstehsalat Birliyinin müəssisələrində yaradılma proqramı ilə 13 mövzu üzrə işlər aparılır.

“AzeriDefence”nin məlumatına görə, bunu “Cihaz” İstehsalat Birliyinin baş direktoru Fəllah Quliyev deyib.

Fəllah Quliyev bildirib ki, “Cihaz” İstehsalat Birliyinin müəssisələri əsasən zirehli texnika, yaxın məsafəli döyüş vasitələri, artilleriya silahları, döyüş sursatları və mühəndis döyüş sursatları, mühəndis xidməti və arxa cəbhə vasitələrini istehsal etməklə respublikanın güc strukturlarının sifarişlərini yerinə yetirir.

“Eyni zamanda güc strukturlarının sifarişi əsasında müəssisələrdə müxtəlif aviasiya bombalarının, döyüş sursatlarının yeni məhsul növlərinin istehsalı da  mənimsənilməkdədir”, – deyə baş direktor vurğulayıb.